Oyunu izləyərkən infarkt keçirib öldü – “Qalatasaray” azarkeşi
16.05.2021 - 12:03
Türkiyə Super Liqasının son turunda keçirilən “Qalatasaray” – “Yeni Malatyaspor” matçını izləyən azarkeşlərdən biri vəfat edib.
Apasport.az saytının məlumatına görə, Aydında qarşılaşmanı televiziyadan izləyən Muharrem Günay anidən infarkt keçirib.
Dostları dərhal onun evinə təcili tibbi yardım çağırıblar. 35 yaşlı “Qalatasaray” azarkeşi xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, “Qalatasaray” 3:1 hesablı qələbə qazansa da, Türkiyə çempionu “Beşiktaş” olub.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0