PSJ Konte ilə danışıqlar aparmayıb
25.04.2022 - 22:33
PSJ Antinio Konte ilə danışıqlar aparmayıb.
Apasport.az saytının məlumatına görə, “Tottenhem”in italiyalı baş məşqçisi Paris klubuna keçməyə namizəd olsa da, bununla bağlı razılıq verməyib.
Konte PSJ rəhbərliyi üçün prioritet sayılmır. Fransalılar Zinəddin Zidanı bu posta gətirmək arzusundadır.
Hazırda Paris təmsilçisini Maurisio Poçettino çalışdırır. Kontenin “Tottenhem”lə müqaviləsi isə 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, italiyalı mütəxəssis “İnter”, “Yuventus”, “Atalanta” və “Çelsi”də çalışıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0