PSJ hücumçusu Kilian Mbappeni komandada saxlamaq üçün fərqli taktikaya keçib.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi bu dəfə ona qısamüddətli müqavilə təklif etmək qərarına gəlib.
Fransa çempionu hesab edir ki, 23 yaşlı forvarda yaxın gələcəkdə “Real”a keçmək şəraiti yaradılacağı barədə vəd verilsə, oyunçu bununla razılaşar. Fransa millisinin üzvü qalacağı təqdirdə əsas tələblərindən biri kapitanlıq sarğısı olacaq.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 42 oyunda 33 qol vurub, 22 məhsuldar ötürmə verib. Onun müqavilə müddəti mövsümün sonuna qədərdir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”