PSJ ilə müqaviləni razılaşdırdı - Messi
10.08.2021 - 14:28
Lionel Messi PSJ ilə hərtərəfli anlaşıb.
Apasport.az xəbər verir ki, bu iddia ilə italiyalı jurnalist Fabritsio Romano çıxış edib.
Onun sözlərinə görə, “Barselona”dan ayrılan 34 yaşlı superulduz Paris təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Argentina millisinin kapitanının illik məvacibi 35 milyon avro təşkil edəcək. Futbolçunun yaxın saatlarda Parisə yollanması gözlənilir.
Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti bitdiyi üçün PSJ-yə azad agent kimi keçir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0