PSJ qapıçılardan birini göndərir
21.04.2022 - 16:38
PSJ qapıçılarından biri ilə vidalaşacaq.
Apasport.az saytının məlumatına görə, yay transfer pəncərəsində Canluici Donnaraumma və ya Keylor Navas Fransa klubundan ayrılacaq.
Hər iki qolkiper növbəli prinsiplə şans qazanmaqdan narazıdır. Oyun praktikasından narazı qalmaqları onlardan birinin getməsinə səbəb olacaq. Donnarumma ilə Navasdan hansının klubdan ayrılacağı Paris təmsilçisinin seçimindən asılıdır. Klub rəhbərliyi sərfəli təklif qarşılığında onlardan birini göndərəcək.
Qeyd edək ki, cari mövsümdə Navas 23, Donnarumma 22 matç keçirib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0