Lionel Messinin PSJ-yə transferi rəsmiləşib.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi bunu rəsmi saytı vasitəsilə bəyan edib.
“Barselona”dan yenicə ayrılan Argentina millisinin kapitanı bu gün Parisə yollanıb və yeni komandası ilə 2+1 illik sazişə qol çəkib. 34 yaşlı oyunçunun Paris klubunda illik məvacibinin 35 milyon avro olacağı vurğulanıb. Leo PSJ-də 30 nömrəli formanı geyinəcək.
Messi keçidi ilə bağlı təəssüratlarını da bölüşüb. O, PSJ-də debüt matçını səbirsizliklə gözlədiyini söyləyib: "Karyeramın yeni dönəmində PSJ-dəyəm. Bu klub hədəflərimə uyğun gəlir. Futbolçu və məşqçi heyətinin nə qədər istedadlı olduğunu bilirəm. Parisdə meydana çıxmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti başa çatdığı üçün PSJ-yə azad agent kimi keçib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı