PSV-dən “Benfika”ya
27.04.2022 - 19:19
Niderlandın daha bir klubu mövsümün sonunda baş məşqçisini itirəcək.
Apasport.az saytının məlumatına görə, PSV-nin çalışdırıcısı Rojer Şmidt karyerasını Portuqaliyada davam etdirəcək.
55 yaşlı almaniyalı “Benfika”nın baş məşqçisi təyin olunacaq. Onunla 2023/24 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanacaq.
Şmidt 2020-ci ildən rəhbərlik etdiyi PSV-yə qədər “Paderborn”, “Zalsburq”, “Bayer” və “Beytszin Qoan” klublarında işləyib. Onu Eyndhoven təmsilçisində Ruud van Nistelroy əvəzləyəcək.
Qeyd edək ki, “Ayaks”ın baş məşqçisi Erik Ten Haq “Mançester Yunayted”ə keçəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0