“Nyukasl” Fransa milli komandasının futbolçusu Pol Poqbaya təklif göndərəcək.
Apasport.az saytının məlumatına görə, “sağsağanlar” “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alacaq yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir.
Klub rəhbərliyi təklif kimi Poqbaya 3 illik anlaşma hazırlayıb. Amma 28 yaşlı futbolçunun “Nyukasl”ın təklifini qəbul edəcəyi inandırıcı deyil.
Gələcək karyerası ilə bağlı ilkin seçimini edən Pol üç komandadan birinə keçməyə qərar verib.
O, “Real”, PSJ və “Yuventus”la paralel şəkildə danışıqlar aparır. Bu klublara keçid baş tutmasa, Pol digər variantları nəzərdən keçirəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”