İngiltərə Premyer Liqasının XVII turunda “Vest Hem” səfərdə “Arsenal”a 0:2 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, London derbisi “Vest Hem”in baş məşqçisi Devid Moyes üçün əlamətdar olub.
“Emireyts”dəki qarşılaşma 58 yaşlı mütəxəssisin Premyer Liqada 600-cü matçı olub. Bu liqa tarixinin ən yüksək dördüncü göstəricisidir. Şotlandiyalı mütəxəssis “Vest Hem”ə qədər “Sanderlend”, “Mançester Yunayted” və “Everton”a rəhbərlik edib.
Bu göstəricidə rekordçu Arsen Vengerdir. “Arsenal”ın əfsanəvi çalışdırıcısının aktivində 828 oyun var. “Mançester Yunayted”in unudulmaz baş məşqçisi Aleks Ferqyuson ikinci (810), Harri Rednapp (“Tottenhem”, “Portsmut”, “Vest Hem” - 642) isə üçüncüdür.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA