Premyer Liqada ən çox quru oyun keçirən QAPIÇILAR
20.12.2021 - 16:39
Premyer Liqada ən çox quru oyun keçirən qapıçılar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 14 turdan sonra bu göstəricidə ikihakimiyyətlilikdir.
Liderlərin qapıçıları digərlərini qabaqlayır. “Qarabağ”ın əsas qolkiperi Şahruddin Məhəmmədəliyev və “Qəbələ”nin əlcək sahibi Nicat Mehbalıyev hərəyə 5 dəfə qapısını toxunulmaz saxlayıb.
“Sumqayıt”ın üzvü Aydın Bayramovla “Zirə”nin “1 nömrəsi” Mehdi Cənnətovun aktivində 4 quru matç var. İlk “beşliy”i “Qarabağ”ın digər qapıçısı Emil Balayev qapayır. Şahruddinin əvəzləyicisi üç matçda qol buraxmayıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0