İngiltərə Premyer Liqasının qaydalarında dəyişiklik edilə bilər.
Apasport.az saytının məlumatına görə, bunu qurumun icraçı direktoru Riçard Masters açıqlayıb.
O bildirib ki, Premyer Liqa iştirakçı klubların gələcəkdə Superliqada oynamaq istəyinə düşməməsi üçün sərt addımlar atacaq. Yayda qəbul olunacaq qaydaya əsasən Superliqada oynamaq həvəsinə düşən klub Premyer Liqadan kənarlaşdırılacaq.
Bu qayda liqanın iyunda keçiriləcək yekun toplantısında müzakirə olunacaq. İcraçı direktor həmin iclasda qərarın qüvvəyə minəcəyinə inanır.
Qeyd edək ki, aprelin 19-da “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Milan”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) Superliqa yaratdığını açıqlasa da, ertəsi gün İngiltərə klubları UEFA turnirlərinə alternativ olan yarışdan imtina edib. Ardınca “İnter”, “Milan”, “Yuventus” və “Atletiko” da turnirdən çıxıb. Yalnız “Real”la “Barselona” hələ də rəsmi imtina etməyib. Nəticədə Superliqa yarışın başlamamasını açıqlamağa məcbur edib.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi