“İnter”in futbolçuları prezidentin 2 aylıq maaşdan imtina ilə bağlı müraciətini mənfi cavablandırıb.
Apasport.az saytının məlumatına görə, “neradzurra” rəhbəri Stefen Zanq oyunçuların 2021/22 mövsümündə iki aylıq əməkhaqqısını kluba verməsini istəsə də, rədd cavabı alıb.
A seriyasını çempion kimi tamamlayan milanlılar prezidentin bu istəyini geri çevirib. Futbolçularla yanaşı, məşqçilər və menecerlər də eyni qərarı verib. Çox güman ki, onlar iki ayın maaşını 2022/23 mövsümündə qaytarmaqla təxirə salma təklifindən də imtina edəcəklər.
Qeyd edək ki, Stefen Zanq koronavirusla bağlı yaranmış maliyyə problemindən yalnız bu yolla qurtula biləcəklərini açıqlayıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal