Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Qazaxıstanın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə “sportradar.kz” məlumat yayıb.
Bildirilib ki, Karaqanda “Şaxtyor”unun çalışdırıcısı Maqomed Adiyev bundan sonra Qazaxıstan millisini çalışdıracaq. Ötən ildən “Şaxtyor”a rəhbərlik edən 44 yaşlı mütəxəssis ölkə çempionatının VII turunda “Akjayik”ə məğlubiyyətdən (0:1) sonra rəhbərliklə bu barədə görüşüb. O, Qazaxıstan millisində bu yaxınlarda yola salınan Andrey Karpoviçi əvəz edəcək.
Qeyd edək ki, Millətlər Liqasında C Liqasının III qrupunda Qazaxıstan və Azərbaycanla yanaşı, Slovakiya və Belarus mübarizə aparacaq. Yığmamız ilk matçını iyunun 3-də səfərdə məhz Qazaxıstana qarşı keçirəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”