Qol seriyası qırıldı - Levandovskinin
25.09.2021 - 10:39
Robert Levandovskinin qol seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, “Bavariya”nın polşalı hücumçusu Almaniya Bundesliqasının VI turunda qol vura bilməyib.
O, “Qroyter Fürt”lə səfər matçında (3:1) rəqib qapısına yol tapmayıb. Bunadək Robert ardıcıl 19 matçda qol vurub.
Levandovski “Bavariya”nın heyətində sonuncu dəfə bu ilin fevralında qolsuz qalıb. O, 7 aydan sonra azarkeşlərini sevindirə bilməyib.
0
0