“İndi həqiqətən də ciddi problemlərimiz var. Bir çox mövqelərdə çətinliklə üzləşmişik”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
İspaniyalı mütəxəssis çempionluq mübarizəsi aparan komandasında zədəlilərin olmasından şikayətlənib: “Bu duruma uyğunlaşmaq lazımdır. Oyunçular da problem olduğunu bilir. Ola bilər ki, vingerlərdən hansıda mərkəz müdafiəçisi kimi oynasın. Çox oyunçu da olmasını istəmirəm. 4-5 futbolçunu ehtiyatda saxlamaq üzücüdür. Bu sayın daha böyük olmasını istəmirəm. Yaxşısı odur ki, oyunçular bərpa olsun”.
Qeyd edək ki, mançesterlilərin üç müdafiəçisi Con Stounz, Kayl Uoker və Natan Ake zədəlidir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”