“Real”ın futbolçusu Serxio Ramos İspaniya millisinin heyətində nəinki 2022, hətta 2026-cı ilin dünya çempionatında oynamaq istədiyini açıqlayıb. Müdafiəçi bununla da yarışda iştirak sayında yeni dünya rekordu vurmaq istəyir.
Apasport.az saytı dünya çempionatlarında ən çox iştirak edən futbolçuların siyahısını təqdim edir.

2006, 2010, 2014 və 2018-ci illərdə mundiala qatılan Ramos artıq gələn il Qətərdəki çempionatda rekorda şərik olmaq imkanına malikdir. O, dörd rekordçuya şərik çıxacaq.

Antonio Karvaxal (Meksika)
1950, 1954, 1958, 1962 və 1966

Lotar Matteus (Almaniya)
1982, 1986, 1990, 1994, 1998

Rafael Markes (Meksika)
2002, 2006, 2010, 2014, 2018

Canluici Buffon (İtaliya)
1998, 2002, 2006, 2010, 2014
Qeyd edək ki, bu 4 futbolçudan üçü qatıldığı bütün dünya çempionatlarında meydana da çıxıb. Buffon isə ilk mundialını ehtiyat oyunçular skamyasında keçirib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə