Ranyeri zəng gözləyir
24.04.2022 - 00:56
Klaudio Ranyeri karyerasını bitirmir.
Apasport.az saytının məlumatına görə, bunu 70 yaşlı italiyalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, futbolla vidalaşmağa tələsmir: “Futbol üçün darıxıram. Bu mənim həyatımdır. Yaxşı klubdan zəng gözləyirəm. Karyeramı bitirmək barədə heç düşünmürəm də”.
Qeyd edək ki, Ranyerinin son iş yeri qışda vidalaşdığı İngiltərə “Uotford”u olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0