“Uotford”un baş məşqçisi Roy Hocson komandanı tərk edəcək.
Apasport.az saytının məlumatına görə, 75 yaşlı mütəxəssis mövsümün sonunda Premyer Liqa klubundan ayrılmağa qərar verib.
Müqaviləsi başa çatacaq Hocson məşqçilik karyerasını bitirməyi planlaşdırır. Yanvarda “Uotford”un sükanı arxasına keçən mütəxəssis komandasını Premyer Liqada saxlasa belə qərarını dəyişməyəcək.
Qeyd edək ki, məşqçi kimi fəaliyyətə 1971-ci ildə başlayan Hocson zəngin karyerası ərzində onlarla komandanı, o cümlədən İngiltərə, Finlandiya, İsveçrə, BƏƏ yığmalarını, həmçinin “Liverpul” və “İnter” kimi klubları çalışdırıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”