“Neftçi”nin feysbuk səhifəsindəki paylaşımı böyük maraq doğurub.
Apasport.az saytının məlumatına görə, paylaşımda paytaxt klubunun serbiyalı müdafiəçisi Vojislav Stankoviçin övladlarının “Keşlə” ilə oyundan (3:0) öncə Azərbaycan dövlət himnini oxuduqları video yer alıb.
Uzun illərdir ölkəmizdə çıxış edən, bu müddətdə “İnter” (indiki “Keşlə”) və “Qəbələ”nin də formasını geyinən Stankoviçin iki azyaşlı oğlunun himnimizi ürəklə oxuması təqdirəlayiq haldır. Bu, 34 yaşlı müdafiəçinin ailəsinin özünü Azərbaycana yaxın hiss etdiyini göstərir.
Qeyd edək ki, Vojislav Stankoviç 2015-ci ilin əvvəlindən karyerasını Azərbaycanda davam etdirir.