İtaliya A seriyasının XXVII turunda “Kalyari” ilə səfər oyununda “Yuventus”un hücumçusu Kriştianu Ronaldo şəxsi rekordunu yeniləyə bilər.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz bunun üçün bugünkü qarşılaşmada qol vurmalıdır.
Çünki 36 yaşlı forvard “Sardenya Arena”dan başqa A seriyası çərçivəsində bütün səfər görüşlərində fərqlənməyi bacarıb. Ronaldo indiyə qədər “Kalyari”nin qapısından 5 top keçirib, amma bunun hamısı Turində baş verib. O, Kalyaridə yeganə görüşünü ötən ilin iyulunda keçirib. Ronaldo indiyə qədər “Yuve”nin heyətində keçirdiyi 86 çempionat matçında 72 dəfə fərqlənib.
Qeyd edək ki, “Kalyari” – “Yuventus” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə