Azərbaycan kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bu, “Qarabağ”la “Sumqayıt” arasında yarımfinal mərhələsində keçirilən cavab görüşündə bəlli olub.
İlk oyundakı qolsuz bərabərlikdən sonra cavab qarşılaşmasının 120 dəqiqəsində də eyni hesab qeydə alınıb. Penaltilər seriyasında sürpriz şəkildə rəqibini üstələyən “Sumqayıt” (5:4) ikinci dəfə finala vəsiqə qazanıb. İki il öncə baş tutan son finalda “Qəbələ”yə məğlub olan “gənclik şəhəri” təmsilçisi ardıcıl ikinci dəfə yarımfinal səddini aşıb. Ayxan Abbasovun yetirmələrinin mayın 24-də keçiriləcək finaldakı rəqibi “Zirə” – “Keşlə” cütünün qalibi olacaq.
Qeyd edək ki, Azərbaycan kubokunda finala ən çox yüksələn komanda “Neftçi”dir – 10 dəfə.
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu