Tomas Doll “Qəbələ”nin futbolçusunu İndoneziyaya aparır
26.04.2022 - 12:40
“Qəbələ”nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, iordaniyalı yarımmüdafiəçinin “Persica Cakarta”ya keçəcəyi gözlənilir.
Buna klubdakı yeni təyinat səbəb olub. Cakarta təmsilçisi baş məşqçi vəzifəsinə Tomas Dollu gətirib.
Almaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Doll APOEL-də rəhbərliyi altında çıxış edən Omarı komandasında görmək istəyir.
Qeyd edək ki, Doll və Hani 2019-cu ildə Kipr təmsilçisinin uğurları üçün çalışıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0