Rusiya Premyer Liqasının III turunun “Ufa” – “Lokomotiv” oyunu qeyri-adi hadisə ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin xanım azarkeşlərindən biri müdafiəçi Moris Bauerin formasını almaq üçün soyunub.
Əynində yalnız alt paltarı qalan fanat futbolçuya formasını verməyi xahiş edib. Əvvəl şort və gödək köynək ilə olan azarkeş soyunduqdan sonra xahişi əksini tapan pankartı qaldırıb: “Bauer, futbolkanı bağışla, yoxsa soyuqdur”.
Azaliya adlı xanım yalnız bu gün komandanın səhər məşqindən əvvəl istəyinə çatıb. Bauer öz futbolkasını bütün komanda adından ona təqdim edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı