UEFA Superliqanın yaradıcısı olan 12 klubu cəzalandırmağı nəzərdən keçirir.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu qurumun vitse-prezidentlərindən biri açıqlayıb.
Adı açıqlanmayan qurum rəsmisi sanksiyaların tətbiqinə eyham vurub: “Biz mümkün olan əlavə nəticələri müzakirə edəcəyik. İlk cəza isə odur ki, həmin klublar rüsvayçılıqla yaşayacaq”.
Qeyd edək ki, aprelin 19-da “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Milan”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) Superliqa yaratdığını açıqlasa da, ertəsi gün İngiltərə klubları UEFA turnirlərinə alternativ olan yarışdan imtina edib. Bu gün imtina edənlərin sıraları “İnter”, “Milan”, “Yuventus” də “Atletiko” hesabına daha da genişlənib. Yalnız “Real”la “Barselona” hələ də rəsmi imtina etməyib.
Vüqar Xeyrullayev
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir