“Real” mövsümün sonunda ulduz futbolçu transferi gerçəkləşdirməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu “kral klubu”nun prezidenti Florentino Peres açıqlayıb.
Klub rəhbəri bildirib ki, Avropa Superliqası baş tutmadığından maliyyə problemindən qurtula bilməyiblər və bu, transfer siyasətinə ciddi təsir göstərəcək. “Real”ın adı PSJ-nin hücumçusu Kilian Mbappe və Dortmund “Borussiya”sının qolçusu Erlinq Halanda birgə hallansa da, Peres onların heç birinin alınmayacağını vurğulayıb: “Bu yay böyük transfer olmayacaq. Belə şərtlərdə Mbappe və ya Halandı almaq mümkün deyil. Bu, təkcə “Real”a yox, hər kəsə aiddir. Bu cür transferlər Superliqasız həyata keçirilə bilməz. Mbappeni almasaq düşünmürəm ki, hansısa azarkeş öz başına güllə vuracaq. Onlar əlimizdən gələni etdiyimizi və bir şeyin alınmadığı təqdirdə onun mümkünsuz olduğunu bilirlər”.
Qeyd edək ki, Kilian Mbappe və Erlinq Haland digər Avropa nəhənglərinin də transfer gündəmindədir.
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir