Vüsal “Ərzurum BB”ni zirvəyə buraxmadı
18.12.2021 - 17:32
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Keçiörəngücü” Türkiyə çempionatının I liqasında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası öz meydanında “Ərzurum BB” ilə görüşüb.
Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Matça fasilədən sonra daxil olan Vüsal 90+7-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas edib. Bu bərabərlik qolu “Ərzurum BB”ni liderliyə yüksəlməsinə mane olub. Bu, İsgəndərlinin Ankara təmsilçisindəki 4-cü çempionat qoludur.
Qeyd edək ki, 17 oyunda 19 xal toplayan “Keçiörəngücü” 14-cü pillədə qərarlaşıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0