Yeni klubu rəsmiləşdi – Hames Rodrigesin
23.09.2021 - 10:32
“Everton”un futbolçusu Hames Rodrigesin yeni klubu, nəhayət ki, müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Kolumbiya millisinin yarımmüdafiəçisi Avropanı tərk edib.
Ulduz futbolçu bundan sonra Qətər təmsilçisi “Əl-Rəyyan”ın formasını geyinəcək. Qətər klubu 30 yaşlı pleymeykeri heyətinə qatdığını rəsmi saytı vasitəsilə bəyan edib.
Qeyd edək ki, Hames Rodriges “Everton”a ötən il “Real”dan keçib.
0
0