Yeniyetmə və gənc stolüstü tennisçilərimizi qarşıda nüfuzlu beynəlxalq yarışlar gözləyir.
Apasport.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, seçmə komandalar mayın 15-dən 23-dək Almaniya və Polşada təşkil olunacaq "Protur" yarışlarına qatılacaqlar.
Ardınca idmançılarımız iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar.
Komanda artıq sözügedən yarışlara hazırlığa start verib. Ölkə birinciliyinin yekunlarına əsasən formalaşan seçmə milli bu məqsədlə Qax rayonuna yollanıb. 24 aprel - 4 may tarixlərində Qax Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında 6 qız, 7 oğlan tennisçi iştirak edir.
Yığma mayın 4-dək məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında gündə iki dəfə olmaqla həm fiziki, həm də taktiki-texniki hazırlığı davam etdirəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”