Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə dönəmində “Qarabağ”da qısamüddətli istirahət başa çatıb.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin apasport.az saytına verdiyi məlumata görə, Ağdam təmsilçisi bu gündən bir araya gəlib.
Əsas komandanın 14 futbolçusu müxtəlif millilərin düşərgəsində olduğundan, baş məşqçi Qurban Qurbanovun sərəncamında 4-5 oyunçu qalıb. Təcrübəli mütəxəssis bu boşluğu əvəzedici heyətin üzvləri ilə dolduracaq.
Son çempion hələlik bir yoxlama görüşü keçirməyi nəzərdə tutub. Komandanın martın 20-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşması planlaşdırılır.
Qeyd edək ki, Premyer Liqada lider “Neftçi” ilə eyni sayda xal toplayan “Qarabağ” növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə