Yubiley heç-heçəsi - Qurban Qurbanovun
27.09.2021 - 13:26
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib.
Apasport.az xəbər verir ki, bu, Premyer Liqanın V turuna təsadüf edib.
“Keşlə” ilə səfər matçı 1:1 hesabı ilə başa çatıb. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanov komandasını çıxardığı 572-ci oyunda 150-ci heç-heçə ilə üzləşib.
Bu sülhlərdən 101-i Premyer Liqa, 15-i Azərbaycan kuboku, 34-ü avrokuboklara təsadüf edib.
0
0