Acundan transfer mesajı – “Gələcəkdə yaxşı satışlar etməliyik”
06.06.2026 - 10:40
Acundan transfer mesajı – “Gələcəkdə yaxşı satışlar etməliyik”

“Hall Siti”nin sahibi Acun Ilıcalı klubun transfer strategiyası barədə danışıb.

Apasport.az xəbər verir ki, türkiyəli iş adamı əsas hədəflərinin həm komandaya fayda verəcək, həm də gələcəkdə kluba qazanc gətirə biləcək futbolçular tapmaq olduğunu bildirib.

Ilıcalı transfer siyasətində istedadlı və inkişaf potensialı yüksək oyunçulara üstünlük verəcəklərini deyib:

“Transfer məsələsində bu klubu daha böyük səviyyəyə çıxarmaq üçün hədəfimiz gələcəkdə yaxşı performans göstərəcək və kluba üstünlük qazandıracaq ən yaxşı istedadları tapmaqdır.

Bu klubu daha da böyütmək üçün yaxşı futbol oynada biləcək və gələcəkdə yaxşı satış imkanı yaradacaq bəzi oyunçuları heyətimizə qatmalıyıq”.

Qeyd edək ki, Acun Ilıcalı 2022-ci ildən “Hall Siti”nin sahibidir. Onun rəhbəri olduğu klub növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcək.