Adeyemi İtaliya yolunda
22.01.2025 - 23:19
Almaniya Bundesliqası komandalarından “Borussiya Dortmund”un üzvü Kərim Adeyemi karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu “Napoli”yə transfer ola bilər.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İtaliya təmsilçisi Kərimi Xviça Kvaratsxeliyanın davamçısı olaraq görür.
Qeyd edək ki, 23 yaşlı oyunçu bu mövsüm “Dortmund”un heyətində çıxış etdiyi 13 rəsmi qarşılaşmada 5 qol, 5 assistlə yadda qalıb.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0