Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının qrup mərhələsində Mərakeşlə heç-heçəni dəyərləndirib.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan görüşdən sonra nəticəni faciə kimi qəbul etmədiyini bildirib.
“Mərakeş qarşısında heç-heçə pis nəticə deyil. Çətin oyun olacağını bilirdik. Rəqib çox güclü, yaxşı təşkilatlanmış komandadır. Amma biz də daha yaxşı oynamalıyıq”, - deyə Ançelotti söyləyib.
Təcrübəli baş məşqçi komandasının oyunun əvvəlində müəyyən gərginlik yaşadığını da etiraf edib. O, xüsusilə müdafiə və yarımmüdafiə xəttində daha diqqətli olmağın vacibliyini vurğulayıb:
“İlk dəqiqələrdə bir qədər həyəcanlı idik. Topa nəzarətdə və mövqe seçimində səhvlərimiz oldu. İkinci hissədə daha yaxşı oynadıq, amma belə matçlarda xırda detallar nəticəyə təsir edir. Qarşıdakı oyunlarda bu məqamları düzəltməliyik”.
Qeyd edək ki, Braziliya – Mərakeş görüşü 1:1 hesabı ilə başa çatıb. Mərakeşin qolunu İsmayıl Saibari, Braziliyanın bərabərlik qolunu isə Vinisius Junior vurub.
- DÇ-26: İsveçrəyə şok: Qətər son dəqiqədə 1 xalı qopardı - YENİLƏNİB
- Kanteyə tərif dolu sözlər - “64 yaşında da oynayar”
- Dibala “Roma”dan ayrılır? - Gələcəyi ilə bağlı qərarını açıqladı
- Mbappedən məşqçiyə zarafat - “Əclaf bizi xeyli qaçırtdı”
- Premyer Liqa klubunda yeni müqavilə - Kristi ilə 2029-a qədər