Antoni İspaniya klubunda - rəsmi
25.01.2025 - 23:25
Braziliyalı hücumçu Antoni mövsümün sonuna kimi "Real Betis"də çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Sevilya klubu rəsmi açıqlama yayıb.
24 yaşlı futbolçu mövsümün sonuna kimi "Mançester Yunayted"dən icarəyə götürülüb.
"Qırmızı şeytanlar"ın heyətinə düşə bilməyən Antoni "Betis"in formasını geyinəcək.
Qeyd edək ki, barziliyalının "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə cəmi 14 oyunda forma geyinib və 1 qolla yadda qalıb.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0