Arauxo daha 7 il “Barsa”da
23.01.2025 - 22:59

İspaniya La Liqası komandalarından "Barselona" Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, razılaşma 2031-ci il iyunun sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, müqaviləsi mövsümün sonunda bitəcək 25 yaşlı mərkəz müdafiəçinin "Yuventus"a keçmə ehtimalı meydana gəlmişdi.
Uruqvaylı futbolçu sonda "Barsa"da qalmağa qərar verib.
Qeyd edək ki, Ronald 2018-ci ildən "Barselona"da çıxış edir. Zədədən əziyyət çəkən Arauxo bu mövsümdə 2 oyunda meydana çıxıb.
- "İnter" Luis Henrikeni transfer etməyə yaxındır
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
0
0