Arbeloa: “Peresə izahat verməyə borclu deyiləm”
15.01.2026 - 13:39
Arbeloa: “Peresə izahat verməyə borclu deyiləm”

“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa klub prezidenti Florentino Peresə ölkə kubokunun 1/8 finalında “Albasete”yə 2:3 hesablı məğlubiyyətdən sonra izahat verməli olmadığını söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, açıqlamasında bunları deyib:

“Peresə heç bir izahat verməyə borclu deyiləm. O, hər şeyi mükəmməl başa düşür, çünki uzun illərdir “Real”ın rəhbəri və azarkeşidir. O, bu klubun tarixini bilir. Ağrılı məğlubiyyət aldıq, amma gələcəyə baxırıq. La Liqa və Çempionlar Liqası haqqında düşünməliyik. Bu çətinliyin öhdəsindən gəlməliyik”.

Qeyd edək ki, Alvaro Arbeloa Xabi Alonsonu əvəz edib.