Arbeloa “Real”la ilk məşqini keçirib
13.01.2026 - 16:19
“Real” bu ay baş məşqçi dəyişikliyinə gedərək Xabi Alonsonu vəzifəsindən uzaqlaşdırıb və onun yerinə Alvaro Arbeloanı təyin edib.
Apasport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis artıq komanda ilə işə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Real” bu qərarı İspaniya superkubokunun finalında “Barselona”ya 2:3 hesablı məğlubiyyətdən sonra qəbul edib.
Madrid təmsilçisi növbəti oyununu sabah keçirəcək. Arbeloanın komandası İspaniya kubokunun 1/8 final mərhələsində səfərdə “Albasete” ilə üz-üzə gələcək.
0
0