Arda Güler İtaliya nəhənglərinin radarında
17.03.2025 - 09:15

İtaliyanın "Milan" və "İnter" klubları "Real"ın futbolçusu Arda Güleri transfer etməkdə maraqlıdır.
Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçunun "Real"ın start heyətinə düşə bilməməsi onun qarşıdakı transfer pəncərəsində mümkün gedişi ilə bağlı şayiələrə səbəb olub.
İddialara görə, A Seriyasının iki nəhəngi - "Milan" və "İnter" türkiyəli futbolçunu icarəyə götürmək istəyir.
"Transfermarkt" Arda Gülerin dəyərini 45 milyon avro olaraq qiymətləndirir. Hücummeyilli yarımmüdafiəçi bu mövsüm "Real Madrid"in heyətində 30 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0