Argentina millisinin üzvü “Qalatasaray”a keçə bilər
20.01.2026 - 02:01
Argentina millisinin üzvü “Qalatasaray”a keçə bilər

“Qalatasaray” hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Atletiko”da çıxış edən Tiaqo Almadanı transfer etmək istəyir.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, “sarı-qırmızılar” Argentina millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürmək üçün İspaniya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, “Atletiko” Tiaqo Almaadanı mövsümün əvvəlində “Botafoqo”dan 21 milyon avroya transfer edib. 24 yaşlı vinger Madrid təmsilçisinin heyətində 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.