Argentinalı futbolçu Premyer Liqada klubunu dəyişib
15.01.2026 - 21:14
“Brayton”un futbolçusu Fakundo Buonanotte Premyer Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Lids Yunayted”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı oyunçu mövsümün sonunadək icarə əsasında “Lids”in formasını geyinəcək.
Qeyd edək ki, Fakundo Buonanotte mövsümün ilk hissəsini “Çelsi”də keçirib. O, “zadəganlar”ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0