“Arsenal”ın futbolçusu Liqa 1 klubuna keçib
23.01.2026 - 23:37
“Arsenal”ın futbolçusu Etan Nvaneri karyerasını Fransada davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Marsel” ingiltərəli yarımmüdafiəçini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı oyunçu mövsümün sonunadək Liqa 1 təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Etan Nvaneri “Arsenal”ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm “topçular”ın heyətində çıxış etdiyi 12 rəsmi matçda 1 qolla yadda qalıb.
0
0