"Auqsburq" "Bavariya"nın 27 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub
25.01.2026 - 12:27
"Auqsburq" "Bavariya"nın 27 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub

Almaniya Bundesliqa çempionatının 19-cu turunda "Bavariya" gözlənilməz məğlubiyyətlə üzləşib. Almaniya nəhəngi "Auqsburq"a 1:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, bu, "Bavariya"nın mövsümdə ilk məğlubiyyəti idi.

Klub sonuncu dəfə ötən il martın 8-də evdə "Bohum"a 3:2 hesabı ilə uduzmuşdu.

Bu, Münhen klubunun Almaniya liqasında ikinci ən uzun məğlubiyyətsiz seriyasıdır.