Avropa Liqası: "Reyncers" - "Fənərbaxça" matçının hakimi müəyyənləşdi
11.03.2025 - 18:12

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Reyncers” - “Fənərbaxça” matçını idarə edəcək hakim bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Reyncers”in “Fənərbaxça”nı qəbul edəcəyi matçı Norveç Futbol Federasiyasından Espan Eskas idarə edəcək. Ona eyni federasiyadan Yan Erik Erkan və İsak Elyas Başevkin kömək edəcək.
Matçın dördüncü hakimi Rohit Saqqi olacaq. Pol Van Boekel VAR-da, Kristian Dinqert isə AVAR-da olacaq.
Qeyd edək ki, İstanbul təmsilçisi ilk görüşdə rəqibinə öz meydanında 1:3 hesabı ilə məğlub olmuşdu.
0
0