Xese Rodriqes Braziliya A seriyasında çıxış edən “Koritiba”da oynayacaq.
Apasport.az saytı xəbər verir ki, bu barədə klubdan rəsmi məlumat verilib.
“Real”ın heyətində Çempionlar Liqasının ikiqat qalibi Xese 2016-cı ildə PSJ-yə keçib. Bundan sonra ispaniyalı futbolçunun karyerasında eniş başlayıb. Paris klubunda möhkəmlənə bilməyən Xese “Las-Palmas”, “Stok Siti”, “Betis” və “Sportinq”ə icarəyı verilib. 2022/23 mövsümünün birinci hissəsini “Ankaragücü”, ikinci hissəsini isə “Sampdoriya”da oynayan 30 yaşlı hücumçu Avropada özünə klub tapa bilməyib.
Qeyd edək ki, Xese “Koritiba” ilə 2023-cü ilin sonunadək müqavilə imzalayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı