Axundzadənin komandasında kütləvi ayrılıq
11.08.2026 - 16:07
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor”da kütləvi ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi 9 futbolçu ilə yollarını ayırıb.
Klub Covanni Kroçata, Çeikne Silla, Benhur Keser, Adem Eren Kabak, Salih Sarıkaya, Hüseyin Yener, Ali Ülgen, Kağan Moradaoğlu və Şerifhan Sağlıkla vidalaşıb.
Qeyd edək ki, Nəriman Axundzadə yeni mövsümdən “Ərzurumspor”un formasını geyinəcək. Azərbaycanlı hücumçu ABŞ-nin “Kolumbus Kru” klubundan Türkiyə təmsilçisinə keçib.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0