Aziz Yıldırım: “İsmail Kartal işinin başındadır”
11.09.2026 - 00:11
Aziz Yıldırım: “İsmail Kartal işinin başındadır”

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal postunda qalacaq.

Apasport.az xəbər verir ki, bunu klubun prezidenti Aziz Yıldırım açıqlayıb.

Onun sözlərinə görə, mütəxəssis işinə davam edəcək.

“İstefa qərarından heç birimizin xəbəri yox idi. “Fənərbaxça” camiəsinin dəyərlərinə heç kim sahib çıxmır. Çempionlar Liqasına vəsiqə qazananda belə bəziləri komandanın zəif olduğunu söyləyirdi. Hamı prezident və baş məşqçinin yerinə qərar verir. Hamı sakit olacaq. İsmail Kartal işinin başındadır”.

Qeyd edək ki, bir müddət əvvəl Kartal istefa verdiyini açıqlamışdı.