Balotellinin yeni klubu bəlli olub
11.01.2026 - 09:31
Balotellinin yeni klubu bəlli olub

İtaliyalı hücumçu Mario Balotelli karyerasını “Əl İttifaq”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.

Balotellinin son ünvanı A Seriyasında “Cenoa” olub. O, daha əvvəl “Mançester Siti”, “İnter” kimi klubların formasını geyinib.