“Liverpul” yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Arne Slot bir neçə mövqeyə yeni oyunçular cəlb etmək istəyir.
Klubun diqqət mərkəzində Bredli Barkola dayanır. Daha əvvəl “qırmızılar”ın Dezir Due və Xviça Xvaratskeliya ilə də maraqlandığı bildirilmişdi.
Fransalı vinger Paris klubunda kifayət qədər oyun şansı qazanmadığına görə, onun nümayəndələri futbolçu üçün yeni klub axtarışına başlayıb.
“Liverpul” isə bu transferdə ən ciddi namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, 23 yaşlı vinger bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 7 assistlə yadda qalıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə