İspaniya La Liqası komandalarından "Barselona" İniqo Martinezlə bu həftə yeni müqavilə imzalayacaq.
Apasport.az xəbər verir ki, razılaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Klubla 33 yaşlı müdafiəçi arasındakı müqavilənin detallarına görə, o, bu mövsümdə oyunların 60 faizində meydana çıxdığı təqdirdə müddət avomatik artırılmalı idi. Amma İspaniya Superkubokunun finalında zədələnən Martinezin çıxışından razı qalan klub rəhbərliyi bunu gözləmədən onunla müqavilə imzalayacaq.
Qeyd edək ki, İniqo kataloniyalıların heyətində La Liqada 18 oyunda meydana çıxıb.