"Barsa"da ciddi itki: ÇL matçında iştirak etməyəcək
20.01.2026 - 10:38
"Barsa"da ciddi itki: ÇL matçında iştirak etməyəcək

“Barselona”nın hücumçusu Ferran Torres La Liqada “Real Sosyedad”a qarşı oyunu (1:2) bud nahiyəsində narahatlıqla başa vurub.

Apasport.az "AS"a istinadla xəbər verir ki, ispan futbolçu Çempionlar Liqasında “Slaviya” ilə keçiriləcək matçda iştirak etməyəcək.

O, oyun üçün komanda ilə birlikdə Praqaya getməyəcək.

Qeyd edək ki, "Slaviya" - "Barselona" görüşü 22 yanvar saat 00:00-da baş tutacaq.